
Op. Dr. Nərmin Kamilqızı
Cərrah Mama-Ginekoloq

Peşəkar yolum
Dr. Nərmin Kamilqızı 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmişdir. 2007-2009-cu illərdə 1 Saylı Doğum Evində mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçmişdir. 2009-2010-cu illərdə dövlət və özəl doğum evlərində, 2011-2012-ci illərdə İstanbul Şişli Hamidiye Etfal Eğitim və Araştırma Hastanesinin qadın xəstəlikləri və doğum şöbəsində çalışmışdır. 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir. Hazırda Baku Medical Plaza-da xəstələrini qəbul edir.
Dr. Nərmin Kamilqızı daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya tibb sahəsində qazanılan uğurları, tibbin yeniliklərini izləyir və öz təcrübəsini zənginləşdirir.10+ elmi məqalənin müəllifi və 30+ elmi konfransın iştirakçısıdır.
Təhsil və peşəkar inkişaf
Azərbaycan Tibb Universiteti
Müalicə Profilaktika fakültəsi
Kliniki Ordinatura
1 Saylı Doğum Evi — Mama-ginekologiya ixtisası
İstanbul Şişli Hamidiye Etfal
Eğitim və Araştırma Hastanesi — Qadın xəstəlikləri və doğum şöbəsi

Beynəlxalq konfranslar
Türkiyə, İstanbul — Qadın xəstəlikləri və hamiləliyin düzgün aparılması üzrə ixtisasartırma kursu
İzmir — Ege Universiteti Tibb fakültəsi, Ginekoloji Endoskopik Simpozium
İstanbul — II Minimal İnvaziv Ginekoloji Cərrahiyyə Konqresi
Antaliya — XIV Türk-Alman Ginekoloji Konfransı (2022)